Necə işləyir
Üç addım. Növbə yoxdur, narahatlıq yoxdur.
-
Moykanı seçin
Xəritədə sizə ən yaxın moykanı tapın. Hər moykanın boxlarının hazırkı vəziyyəti və növbəti boş vaxtı görünür.
-
Vaxtı rezerv edin
Xidməti və sizə uyğun boş vaxtı seçin. Gəlib gözləməyin: yeriniz hazır olacaq.
-
Canlı izləyin
Avtomobili verin, QR kodu skan edin. Yuma bitənə qədər maşınınızı telefonunuzdan görün.
Canlı izləmə
Maşınınız gözünüzün önündə.
Avtomobili tapşırıb narahat gözləməyin. Hər yumada ayrıca, vaxtı bitən bir link: yalnız siz görürsünüz, yuma bitəndə link özü bağlanır.
- Real vaxtda kamera görüntüsü
- Yumanın bitməsinə qalan vaxt
- Digər boxların hazırkı vəziyyəti
- Başqası linkinizlə görə bilməz
Moyka sahibləri üçün
Moykanızı bir paneldən idarə edin.
Boxlar real vaxtda
Hansı box boşdur, hansı məşğuldur, neçə dəqiqəyə boşalır, hamısı bir ekranda.
Onlayn rezervasiya
Müştəri boş vaxtı özü seçir, siz isə gələcək rezervləri və gecikənləri görürsünüz.
Canlı kamera linki
Hər müştəriyə ayrıca QR. Etibar artır, mübahisə azalır.
Gündəlik hesabat
Bu günkü avtomobil sayı və gəlir, sessiyaların tam tarixçəsi.
Təhlükəsiz
Kameralar internetə açılmır, video yalnız vaxtı bitən şəxsi linklə göstərilir.
Sabit aylıq haqq
Hər müştəridən faiz yox. Paketə görə sabit aylıq ödəniş.
Suallar
Tez-tez soruşulanlar
Qeydiyyat məcburidir?
Xəritəyə baxmaq və moykanı tapmaq üçün yox. Rezerv etmək üçün qeydiyyatsız da olar, amma hesabla rezervlərinizi bir yerdə görür və ləğv edirsiniz.
Canlı görüntünü başqası görə bilər?
Xeyr. Hər yuma üçün ayrıca link yaranır, yalnız həmin sessiya aktiv olanda açılır və yuma bitəndə bağlanır.
Rezervə gecikə bilərəm?
Moyka 15 dəqiqəyə qədər gözləyir. Daha çox gecikəndə vaxt başqasına verilə bilər. Gələ bilmirsinizsə, rezervi hesabınızdan ləğv edin.
Moykam xəritədə yoxdur, nə etməliyəm?
Moyka sahibləri üçün bölməsindən bizimlə əlaqə saxlayın. Moykanız qoşulandan sonra xəritədə görünəcək.